Paşinyan delimitasiya prosesini sürətləndirmək istəyir
Ölçü:


"Ermənistanla Gürcüstan arasında delimitasiya 20 ildən artıqdır ki, davam edir, lakin bu prosesi sürətləndirmək lazımdır. Azərbaycanla da delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır".

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, Azərbaycanla delimitasiya prosesinin sürətləndirilməsindən danışarkən Rusiyanın Ermənistanı qorumadığına da eyham vurub: "Delimitasiya aparılmaması münaqişənin yaranmasına səbəb ola bilər. Buna görə də biz vəziyyəti mümkün qədər idarəolunan saxlamaq üçün münaqişənin yaranmasına ciddi təhlükə olan yerlərdən başlayırıq”.

Ermənistanın Baş naziri delimitasiya sənədlərində müəyyən məxfiliklərin olduğunu da bildirib: "Delimitasiya sənədlərindəki məxfiliklə işləmək üçün müəyyən prosedurlar var. Hesab edirəm ki, bu prosedurlarla bağlı anlaşılmazlıqlar ola bilər".

Paşinyan bütün bu proseslərin geosiyasi təsirinin də olduğunu etiraf edib: “Gözümüzün önündə bir neçə dəfə bizim qarşımızda təhlükəsizlik öhdəliyi olan strukturlar və ölkələr öz öhdəliklərini yerinə yetirə bilməyiblər. Bu fakt Ermənistanı belə qənaətə gətirməlidir ki, təhlükəsizliyimizi təmin etmək üçün yalnız özümüzə arxalanmalıyıq".

Erməni Baş nazir əlavə edib ki, vəziyyəti dəyişməmək ölkəni müəyyən çöküşə sürükləmək deməkdir: "Biz milli maraqlarımıza uyğun olaraq kənar dəstək və himayədar olmadan regionumuzda yaşamağın həll yolunu tapmalıyıq. Keçdiyimiz yolu təhlil edəndə görürük ki, özümüzü bir forpost kimi görürük"
02.05.2024 12:15:00
Oxuma sayı: 661