Laçın obalarına gedən yollar yenidən qurulacaq
Ölçü:


Laçın Rayonu İcra Hakimiyyəti Ağcabədi rayonu ərazisindəki Laçın obalarında yolların layihələndirilməsi ilə bağlı açıq tender elan edir.

Koordinat.az xəbər verir ki, elanda  2024-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısının Ağbulaq, Şeylanlı, Arduşlu, Fərraş kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin yerləşdiyi Ağcabədi rayonu Taxta körpü ərazisində Ağbulaq 1, Ağbulaq 2, Şeylanlı 1, Şeylanlı 2, Şeylanlı 3, Arduşlu və Fərraş obalarında obadaxili yolların layihə smeta sənədlərinin hazırlanması  nəzərdə tutulub. Müsabiqədə iştirak haqqı 25 manat təşkil edir.

Müsabiqədə iştirak etmək isyən şirkətlər layihə sənədlərini mayın 30-dək Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən tender komissiyasına təqdim etməlidir
14.05.2024 17:13:00
Oxuma sayı: 548