ABŞ Azərbaycanın yaratdığı reallıqları rəsmən qəbul etdi
Ölçü:

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə bu gün işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib. 

Koordinat.az xəbər verir ki, səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşüb, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olub və Cıdır düzünü gəzib.

Qeyd edək ki, Mark Libbi bir neçə gün öncə Azərbaycan mediasına açıqlamasında Şuşanı "qaytarılmış ərazi" adlandırmış və "şounun iştirakçısı olmaq üçün getmək istəmirəm" demişdi. Səfirin bu açıqlaması Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurmuşdu.

ABŞ səfirinin Şuşaya səfəri ermənilərin qəzəbinə səbəb olub.
07.05.2024 10:50:00
Oxuma sayı: 752