Sülhməramlılar Xocalı aeroportunu da tərk etdi
Ölçü:


Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib.

Koordinat.az
xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib.

Xatırladaq ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib. Sülhməramlı kontingentin Azərbaycan ərazisindən çıxarılmasına aprelin ortalarından başlanılıb. Hazırda Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri davam etdirir. Prosesin mayın sonunadək başa çatdırılması nəzərdə tutulur.
07.05.2024 13:00:00
Oxuma sayı: 763