Ermənistanın KTMT dərdi: Rusiyaya bir, Avropaya başqa söz deyirlər
Ölçü:


Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindəki uğursuzluqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin pozulmasının səbəblərini açıqlayıb. 

Koordinat.az xəbər verir ki, Paşinyan Kopenhagen Demokratiya Sammitində Rusiyanın çətiri altında fəaliyyət göstərən KTMT ilə əməkdaşlığın dondurulduğunu deyib: “KTMT ilə münasibətlərdəki böhran məhz Azərbaycan tərəfi ilə Ermənistan arasında müharibə başlayan andan yarandı. Belə ki, KTMT prosedurlarına görə, təşkilat və ona üzv olan dövlətlər bu vəziyyətdə Ermənistanı dəstəkləməli idilər, amma müharibə vaxtı İrəvanı dəstəkləmədilər”.

Ermənistanın Baş naziri bildirib ki, İrəvanın hərbi dəstəklə bağlı rəsmi bəyanatından sonra da KTMT hər hansı konkret addım atmaqdan imtina edib: “Bu, faktiki olaraq bütün müstəvidə KTMT-də iştirakımızın dondurulmasının əsas səbəbidir". 

Paşinyan həmin Ermənistan həmin təşkilatla əməkdaşlıq imkanlarına yenidən baxılması məsələsinə bu cür açıqlama verib: "Bu, gələcək zamanın müzakirə mövzusudur”.

Baş nazir Kopenhagen Demokratiya Sammitində Ermənistanın guya, KTMT-dən tamamilə çıxdığına işarə edib. Hərçənd Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünənki açıqlamasında ölkəsinin KTMT-dən çıxması ilə bağlı məsələnin aradan qaldırıldığını və bu mövzu birdəfəlik bağlandığını söyləyib. Qriqoryan əlavə edib ki ki, rəsmi İrəvan hərbi potensialını gücləndirmək və yeni silahların əldə edilməsi ilə bağlı planlarına yenidən baxa bilər. Yəni, bundan sonra silahları Rusiyadan deyil, Fransa, Hindistan, İran və digər ölkələrdən alacaq.
15.05.2024 09:57:00
Oxuma sayı: 468