Putin Paşinyanla görüşəcək
Ölçü:


Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Koordinat.az
xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. Görüş Putinin andiçməsindən bir gün sonra, Avrasiya İqtisadi Şurasının yubiley iclası çərçivəsində baş tutacaq.

Putin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək.

Uşakov qeyd edib ki, ikitərəfli təmas çoxməzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər var.

07.05.2024 10:14:00
Oxuma sayı: 671