Cəbrayıl şəhərinə ilin sonunadək 712 ailə köçürüləcək
Ölçü:


İşğaldan azad olunmuş Cəbrayıl şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması ilə bağlı işlər sürətlə davam etdirilir.

Koordinat.az
xəbər verir ki, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl yenidən salınır, müasir infrastruktur yaradılır. Şəhərə ilin sonunadək 712 ailənin köçürüləsi planlaşdırılır.

Hazırda Cəbrayıl şəhərində ümumilikdə 712 mənzilli 33 çoxmərtəbəli yaşayış binası inşa edilir. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. Həmin binalarda bir, iki, üç və dördotaqlı mənzillərin sahəsi minimum 45, maksimum 120 kvadratmetr təşkil edəcək.

10.05.2024 11:33:00
Oxuma sayı: 684