Səhiyyə Nazirliyi təcili yardıma həkim axtarır
Ölçü:


Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Səhiyyə Nazirliyindən Koordinat.az-a bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə hr@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.


29.06.2020 17:42:00
Oxuma sayı: 266