Paşinyan 4 kənd əvəzində digər 4 kəndi istəyir
Ölçü:


Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hərbi yolla qayıtmaq fikri yoxdur və bunun üçün müharibə etməyi planlaşdırmır.

Koordinat.az
xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur.

Nikol Paşinyan Ermənistan hökumətinin delimitasiya prosesində qəbul edilən qərarlarla bağlı səmimiyyət göstərdiyini vurğulayıb. Lakin o, göstərilən səmimiyyətin qarşılığında umacaqlarının olduğunu da gizlətməyib: "Ermənistan hökuməti öz səlahiyyətləri çərçivəsində insanların Azərbaycan kəndlərində - konkret olaraq indi yaşamadıqları dörd kənddə yaşamaları üçün addımlar atmağa hazırdır. Həmçinin bəyan edirik ki, həmin proses nəticəsində erməni kəndlərində – Bağanis, Voskepar, Kirants, Berkaberdə rahat və təhlükəsiz yaşayış eyni dərəcədə mümkün olmalıdır”.

24.04.2024 09:34:00
Oxuma sayı: 516