İki ömürlük məhbus azadlığa buraxıldı
Ölçü:

“Azadlıqdan ömürlük məhrum olunmuş iki nəfər Prezidentin dünən imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb”.

Koordinat.az
-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib. Onun sözlərinə görə, onlardan biri 20, biri isə 25 il cəza çəkib: "Bundan başqa, Nardaran hadisələrinə görə həbs olunan 2 nəfər də əfvə düşüb. Əfv olunanlardan 25-i nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunandır".

07.04.2020 10:37:00
Oxuma sayı: 172