Bu gün bəzi rayonlarda qaz olmayacaq
Ölçü:



Bu gün səhər saat 09:00-dan qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılıb.

Koordinat.az-a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Saat 10.00-dan 16:00-dək Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır.
23.08.2019 09:34:11
Oxuma sayı: 198