25 min nəfər problemli kreditlər üzr pullarını götürməyib
Ölçü:


Problemli kreditlər üzrə Azərbaycan Prezidentinin fərmanının icrası yekunlaşmaq üzrədir.

Koordinat.az
xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifəsini  icra edən İbrahim Alışov deyib. Onun sözlərinə görə, artıq 90%-dan yuxarı vəsaitlər insanlara ödənib. Bununla əlaqədər olaraq yaxın günlərdə mətbuata məlumat açıqlanacaq - deyə Palata rəsmisi bildirib.

“Azərpoçt”un kommunikasiyasını gördük. Təxminən  19 min fiziki şəxs 500 manatdan aşağı kompensasiya məbləğinə sahib olan insanlardır. 6000 kart sahibi “Azərpoçt”dan öz kartlarını götürməlidirlər. Bununla əlaqədar “Azərpoçt” da müraciət edib. Ola bilsin ki, həmin vətəndaşlar ya ölkədə yoxdurlar, ya da bu və ya digər səbəbdən vəsaiti götürməyə tələsmirlər. Çünki xeyli sayda vətəndaşlarımız var ki, onların kompensasiya məbləğləri 50-20 manatdan aşağıdır”, - deyə İ.Alışov bildirib.
27.05.2019 13:19:00
Oxuma sayı: 212