Ermənistan Azərbaycana "müharibə" elan etdi
Ölçü:



Ermənistan parlamenti “Şant 2018” hərbi təlimləri çərçivəsində Azərbaycana “müharibə” elan edib.
 
Koordinat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti açıqlama yayıb.

“Ermənistan Konstitusiyasının 118-ci maddəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycana müharibə elan etmək haqqında qərar verilib”.
 
“Şant 2018” komanda-qərargah təlimləri 11-14 sentybarı əhatə edir.  

13.09.2018 11:54:38
Oxuma sayı: 319