Sülhməramlılar Laçından Ermənistana keçdi
Ölçü:

Azərbaycanı tərk edən Rusiya sülhməramlıları kontingentinin texnikalarının bir hissəsi dünən "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən Ermənistana keçib.

Koordinat.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün "Facebook" səhifəsində görüntü paylaşıb.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il noyabrın 20-də imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Məhdud sayda hərbi texnika və canlı qüvvədən ibarət kontingentin Azərbaycan ərazisində qalma müddəti 5 il nəzərdə tutulmuşdu. Lakin Qarabağda ölkəmizin suverenliyi tam təmin olunduqdan sonra sülhməramlıların bölgədə qalmasına zərurət aradan qaldırldığından hərbi kontingenin vaxtından əvvəl Azərbaycandan çıxarılmasına dair qərar qəbul edilib. Aprelin ortalarından başlayaraq hərbii kontingentin ölkə ərazisindən  çıxması prosesi davam edir.
29.04.2024 16:31:00
Oxuma sayı: 828