Bu gün Finaldır: Fransa - Xorvatiya
Ölçü:



Bu gün Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatına yekun vurulacaq.

Koordinat.az
xəbər verir ki, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gələcək. Bu, Xorvatiyanın tarixində ilk finaldır.

Hər iki komanda dünya çempionatları tarixində ən yaxşı nəticəsini Fransada keçirilən yarışda qazanıb. Ev sahibi Fransa DÇ-1998-in qalibi, Xorvatiya isə həmin mundialda bürünc medala sahib olub. O zaman bu 2 komandanın yarımfinaldakı mübarizəsndən Fransa qalib ayrılmışdı - 2:1.

Final
15 iyul
19:00. Fransa - Xorvatiya
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)
Moskva, "Lujniki" stadionu.
15.07.2018 10:40:07
Oxuma sayı: 781