Cəbrayılın Horovlu kəndində 14,5 milyon manatlıq layihənin icrasına başlanır
Ölçü:


Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti  ““Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi” işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Koordinat.az xəbər verir ki, tenderin qalibi “19 saylı Tikinti Təmir İdarəsi” MMC olub. Tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq, sifarişçi qurum Cəbrayıl rayonunda tikinti və bərpa işlərinin görülməsi müqabilində qalib şirkətlə 14 milyon 520 min 813 manat ayıracaq. Tender müqaviləsinin şərtlərinə əsasən, 624 yerlik məktəb binası, 220 yerlik uşaq bağcası, bazar kompleksi, çoxfunksiyalı bina, 1 mərtəbəli ticarət binası, 1 mərtəbəli mərasim zalı, 1 mərtəbəli çayxana, 2 mərtəbəli inzibati bina və polis məntəqəsi, idman-sağlamlıq mərkəzi və klub icma mərkəzinin tikintisi xidmətləri satın alınacaq.

Xatırladaq ki, “19 Saylı Tikinti Təmir İdarəsi” MMC 2011-ci ildə yaradılıb. Şirkətin hüquqi ünvanı Qusarəhərində Karl Marks küçəsi-67 ünvanında yerləşir.
24.04.2024 10:39:33
Oxuma sayı: 506