Cəbrayıl şəhərində tikilən 712 mənzilli 33 bina payızda istifadəyə veriləcək
Ölçü:


İşğal dövründə ermənilərin xarabalığa çevirdiyi Cəbrayıl yenidən qurulur. Sıfırdan qurulan rayon mərkəzinə ilk köçün bu ilin payızında yola salınacağı gözlənilir. İlk mərhələdə Cəbrayıl şəhərinə 712 ailə köçürüləcək.

Koordinat.az xəbər verir ki,Cəbrayıl şəhəron ümumilikdə 712 mənzili olan 33 bina inşa edilir. Mənzil İnşaatı Dövlət Agentliyi (MİNA) tərəfindən şəhərdə tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. Hazırda tikinti işlərinin sürətlə davam etdirildiyi həmin binalarda ümumilikdə 712 mənzil olacaq. Bir, iki, üç və dördotaqlı mənzillərin sahəsi minimum 45, maksimum 120 kvadratmetr təşkil edəcək.

Mənzillər tam təmirli olmaqla, mətbəx mebeli, qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə, mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə və məişət üçün isti su ilə təmin olunacaq. Şəhərdə çoxmərtəbəli binalarla yanaşı  məktəb və xəstəxana da inşa edilir. Burada istirahət guşələri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək.

Yaşayış kompleksində inşa olunan binaların 28-də hazırda dam, fasad və kosmetik işlər yerinə yetirilir. Qalan beş binada isə tikinti-quraşdırma işləri həyata keçirilir. Altı kvartaldan ibarət kompleksin inşasının tezliklə yekunlaşacağı gözlənilir. Bundan sonra inşa edilən mənzillərin işğaldan əvvəl Cəbrayıl şəhərində qeydiyyatda olmuş ailələr arasında bölgüsü aparılacaq. İlk növbətə mənzil şəraiti ağır olan ailələrin yenidən qurulmuş şəhərdə mənzillə təmin olunmasına üstünlük veriləcək.
25.04.2024 11:57:00
Oxuma sayı: 549