Abituriyentlər üçün ödənişsiz Məsləhət Mərkəzləri rayonlarda da fəaliyyət göstərəcək - SİYAHI
Ölçü:


Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb

Koordinat.az
xəbər verir ki, “Abituriyent Məsləhət Mərkəzləri”ndə DİM əməkdaşları  abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər:

 Naxçıvan MR Regional Bölməsi
Naxçıvan şəhəri, Nizami küçəsi, 10
+99 (036 5) 44 04 02;

Göyçay Regional Bölməsi
Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43
+99 (020 27) 4 66 74;

Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182
+99 (024 24) 4 66 14;

 Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b
+99 (023 32) 5 01 21;

Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52
+99 (025 25) 5 24 82;

Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina
+99 (022 25) 6 50 67;

Şirvan Regional Bölməsi
Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19
(021 21) 5 15 23;

Bərdə Regional Bölməsi
Bərdə ş., H.Əliyev prospekti, 100
(020) 205-01-86.

 Xatırladaq ki, Bakı şəhərində “Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində yaradılıb həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli-71 ünvanda fəaliyyət göstərir.

Növbəti “Abituriyent Məsləhət Mərkəzi” isə Qərbi Kaspi Universitetində yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi haqqında əlavə məlumat veriləcək.
 
10.04.2018 13:16:26
Oxuma sayı: 1039