Dünya IB Məktəbi 3 qızıl, 1 gümüş medal qazanıb
Ölçü:


Aprelin 19-da “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Koordinat.az xəbər verir ki, “Sabahın alimləri” respublika müsabiqəsi hər il ABŞ-da keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqədə  ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər. Bu müsabiqıdə şagirdlər 8 kateqoriya üzrə müsabiqəyə qatılmaq imkanına malikdir:
– Riyaziyyat;
– fizika, astronomiya;
– kimya;
– biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya);
– tibb və sağlamlıq;
– ekologiya, ətraf mühitin idarə olunması;
– mühəndislik;
– kompüter elmləri.

Dünya IB Məktəbinin şagirdləri hər il olduğu kimi bu il də müsabiqədə iştirak edərək mövcud 8 istiqamətdən üçündə 1-ci yer və birində 2-ci yeri tutublar.
1. Əli Musayev. Elçin Həsənov. Fizika-Astronomiya. I yer. Qızıl medal
2. Səid Aslanov. İbrahim Allahverdiyev. Biologiya. I yer. Qızıl medal.
3. Nicat Tağızadə. Komputer elmləri. I yer. Qızıl medal
4. Əli Abdullayev. Mühəndislik. II yer. Gümüş medal.
20.04.2024 15:18:00
Oxuma sayı: 716