İranın Azərbaycan üzərindən “qırmızı xətt”i...
Ölçü:


Regiondankənar güclərdən danışarkən, okeanın o tayından Cənubi Qafqaza gələnləri nəzərdə tuturuq.

Koordinat.az
xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib. O, Azərbaycanın adını çəkmədən “qırmızı xətt” hədyanını yenidən təkrarlayıb: “Okeanın o tayından bura gəlirlər və bu bölgənin insanları üçün qərarlar qəbul etməyə çalışırlar”.

Sübhani qeyd edib ki, söhbət bəzi Avropa ölkələri və ABŞ-dən gedir. İranlı diplomat izah edib ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan və İran regional ölkələr hesab olunur: “Rusiyanın Qafqazla sərhədi var, qeyri-regional ölkə sayılmır”.

Sübhani Tehranın Ermənistanla bağlı Azərbaycana qarşı istifadə etdiyi “qırmızı xətt” hədyanını da xatırladıb: “Qırmızı xətlərimiz” dəyişməyib. Biz istənilən geosiyasi dəyişiklik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin qəti əleyhinəyik.

Sərhəd problemləri varsa, ümumi təsəvvürlərə əsaslanaraq, o cümlədən ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşaraq, dialoq yolu ilə həll edilməlidir. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin sülh yolu ilə tanınmasının tərəfdarıyıq”.

Molla rejimi Ermənistanı özünün “qırmızı xətt”i elan edib. “Sərhədlərin dəyişdirilməsi” cəfəngiyyatına gəlincə, İran rəsmiləri ad çəkməsələr də, bu hədyanlarını Azərbaycana ünvanlayırlar. Əlbəttə, Azərbaycanın belə bir niyyət və planı olmadığı halda... Bu gün Ermənistanı müdafiə edən həmin Tehrandır ki, Azərbaycan əraziləri, üstəgəl, İranla sərhədimizin bir hissəsi 30 il işğalda olanda səsini çıxarmamışdı. Əksinə, Ermənistana hər cür dəstək vermişdi ki, işğal davamlı olsun. Planları pozuldu, hikkələri burdan gəlir.

16.04.2024 15:39:00
Oxuma sayı: 516