Erməni deputat "soyqırımı" sirrini açdı
Ölçü:


Ermənistan Baş naziri Nikol Paşinyan 1915-ci ildə Osmanlı İmperiyasından deportasiya zamanı 1.5 milyon erməninin öldüyünə inanmır.

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan deyib. Onun sözlərindən belə anlaşılır ki, qondarma erməni soyqırımının uydurma təbliğat vasitəsi oldiğunu Baş nazir Nikol Paşinyan öz də etiraf etməyə başlayıb: "Erməni soyqırımı ilə bağlı tarixi faktlar dəqiq deyil ki, Qərbi Ermənistanda 1,5 milyon erməni həqiqətən də qətlə yetirilib, işgəncələrə məruz qalıb və öldürülüb. Paşinyanın əslində öz hökmü var, o, işgəncələrə məruz qalan ermənilərin şəxsi məlumatlarını tapmaq, oxumaq, saymaq və əmin olmaq istəyir".

Köçəryan bildirib ki, Paşinyanın məqsədi qondarma erməni soyqırımı ilə bağlı real əsaslar qurmaq və obyektiv sənədlər hazırlamaqdır: “İndi deyirik ki, 1,5 erməni qırğına məruz qalıb. Amma belə bir siyahı yoxdur. Əgər deyilənlər həqiqətdirsə, arxivlərdən 1,5 milyon nəfərin ad və soyadını tapmalıyıq”.

Erməni deputatın qondarma soyqırımı ilə bağlı sirrləri açması, hətta Paşinyanın özünün də bu uydurmalara inanmadığını elan etməsi Ermənistanda şok effekti yaradıb. Belə ki,
Paşinyanın guya, 1915-ci ildə qətlə yetirilmiş şəxslərin adlı siyahısının hazırlanması barədə açıq mövqe bildirməsi 100 ildən çox davam edən uydurmaların üstünün açılması onları vəlvələyə salıb: Politoloq Akop Badalyan bildirib ki, qondarma erməni soyqırımı ilə bağlı arxivlərdə kifayət qədər material yoxdur və belə olan halda 100 illik uydurma soyqırımı ilə bağlı dəlil-sübut tapmaq çox çətin olacaq.

"Məhdud imkanlar şəraitində 1,5 milyon nəfərin  adını tarixi sənədlər üzərindən bərpa etmək böyük işdir. Həm də arxivlərin əksəriyyəti başqa ölkələrdədir", - deyə o, erməni ictimaiyyətindəki çaşqınlığın dərinləşə biləcəyindən məyusluğunu ifadə edib.

Xatırladaq ki, Türkiyə hökuməti son illər guya, 1915-ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı soyqırım törətməsi iddialarla bağlı arxivlərin açılmasını və tarixçilərin bu məsələni araşdırması üçün şərait yaratmağa çağırsa da, rəsmi İrəvan Ankaranın çağırışlarını qulaqardına vurur. Təkcə bu fakt onu deməyə əsas verir ki, ermənilərin osmanlı dövründə soyqırımına məruz qalması uydurmadan başqa bir şey deyil.
15.04.2024 14:27:06
Oxuma sayı: 557