Ali məktəbələrə sənəd qəbulu başladı - bu gündən
Ölçü:


Bu gündən Azərbaycanda 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, əizə qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq. Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

İkinci imtahan I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək.

V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

29.03.2018 10:14:00
Oxuma sayı: 1095