Ermənistan hakimiyyəti separatçıları "iqnor" edib
Ölçü:


“Biz artıq Sotkun (ermənilər Zod aşırımına "Sotk" deyir) cənubundakı bütün strateji yüksəklikləri təhvil vermişik. Həmin istiqamətdəki bütün strateji yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir”.

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan bildirib. Erməni separatçılarının Qarabağla bağlı planlarının pozulduğunu həzm edə bilməyən sabiq nazir indi də şərti dövlət sərhədindəki strateji yüksəkliklərə göz dikdiklərini gizlətmir. Onun sözlərinə görə, bütün strateji yüksəkliklərə nəzarət edən Azərbaycanın diplomatik masada da əli güclüdür, diktə edən tərəf də onlardır.

Göyçə istiqamətindəki bütün strateji yüksəkliklərin Azərbaycan ordusunun tam nəzarətində olduğunu bir neçə dəfə təkrar edən Arutyunyan 44 günlük müharibədə darmadağın edilmiş erməni ordusunun ağır itkilərə məruz qaldığını və hələ özünə gələ bilmədiyini də etiraf edib: “Ordunun durumu məni qane etmir. 44 günlük müharibənin gedişi və nəticələri hərbi baxımından ciddi təhlil edilibmi, bundan dərs alınıbmı? Beşinci nəsil hərbi əməliyyatlar aparmaq üçün ordumuz varmı? Görmürük. İndi çoxlu silah almaq olar, amma problem tamam başqadır. Bütün strateji yüksəkliklərdə yerləşən düşmənlə effektli şəkildə necə qarşılaşacağıq?”.

Ermənistanın yeni xəyallarla yaşayan keçmiş xarici işlər nazirinin ümidsiz şikayəti digər separatçıları da dilə gətirib. Erməni mətbuatı keçmiş separatçı rejimin nümayəndəsi Metakse Akopyanın baş nazir Nikol Paşinyandan narazılığını ifadə edən fikirlərini yayıb. Separatçıların xanım nümayəndəsi nə hakim partiyanın nümayəndələrinin, nə də hökumətdə yüksək vəzifə tutan başqa rəsmilərin onlarla maraqlanmadığından gileylənib: "Ermənistan rəsmiləri bizimlə əlaqəni kəsiblər. Hətta sözümümzü çatdırmağa imkan vermirlər, bizi yaxına buraxmırlar. Özləri də bizimlə əlaqə saxlamırlar, tədbirlərimizə qatılmaq üçün dəvət göndərsək də, heç bir şəkildə bizimlə yaxın olmağa cəhd etmirlər”.
20.02.2024 16:33:00
Oxuma sayı: 1247