Şahramanyanı məhkəməyə verdilər
Ölçü:

Qarabağı tərk etdikdən sonra qondarma "artsax"ın buraxıldığını elan edən və sonradan "qərar"ından imtina edən erməni separatçılarının sonuncu lideri Samvel Şahramanyana qarşı inzibati iddia qaldırılıb.

Koordinat.az
xəbər verir ki, iddiaçı İqor Mirzəxanyan Şahramanyandan 2023-cü il oktyabrın 19-da imzaladığı "fərman”nın etibarsız sayılmasını tələb edir. Söhbət ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra, 28.09.2023-cü il tarixli qərarın etibarsız sayılması haqqında "fərman"ın ləğvindən gedir.

Bununla belə, İqor Mirzəxanyanın nümayəndəsi “Hraparak” nəşrinə açıqlamasında hansı “fərman”dan söhbət getdiyini gizlətməyə çalışıb. O, qeyd edib ki, indiki mərhələdə bu məsələnin ictimailəşdirilməsi Ermənistanın və atiterror tədbirləri zamanı Qarabağı könüllü tərk etmiş erməni sakinlərin əleyhinədir.

Xatırladaq ki, Mirzəxanyan Ermənistan Baş Naziri Aparatının Beynəlxalq Hüquq Məsələləri İdarəsinin keçmiş əməkdaşıdır.

31.01.2024 17:10:00
Oxuma sayı: 1594