Romada tarixi kilsənin damı uçub
Ölçü:



Roma şəhərinin mərkəzində yerləşən XVI əsrə aid tarixi kilsənin cümə axşamı damı uçub.

Müqəddəs Cuzeppe De Faleqnami kilsəsində adətən yalnız toy mərasimləri keçirilir, günün başqa vaxtlarında isə ictimaiyyətə bağlı olur. Hadisə yerinə çağrılmış xilasetmə qrupu heç kimin xəsarət almadığını bildirib.

Əyalət rəsmisi Marsello Lombardini isə heç bir tələfatın olmadığını deyib.

Kilsə Roma Forumunun qərbində, Piazza Venesiyanın yanında yerləşir.
31.08.2018 21:43:00
Oxuma sayı: 550