Fermerlərə pulsuz hüquqi xidmət göstəriləcək
Ölçü:

Təsərrüfat istiqamətindən asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən bütün fermerlərə hüquqi dəstək məqəsdilə "Facebook" üzərindən "Fermerlərin köhnə dostu" adlı səhifə yaradılıb.

Koordinat.az xəbər verir ki, səhifənin yaradıcısı tanınmüş hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Vəkil Əziz Qənbərovdur. O, qeyd edib ki, səhifənin yaradılmasında məqsəd fermerlərin hüquqlarının və qanuni mənafelərinin qorunması, bu sahədə olan qanunvericilik aktları, habelə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən verilmiş qərar və qaydalarla bağlı sahibkarları mütəmadi şəkildə məlumatlandırmaqdır. 

"Bizim əsas məqsədimiz nazirliklə fermerlər arasında əməkdaşlıq münasibətlərin mütərəqqi şəkildə, tərəflərin hüquq və bərabərliyinə hörmət əsasında koordinasiyasını təşkil etməkdən ibarətdir. "Fermerlərin köhnə dostu"  səhifəsində fermerləri maraqlandıran məsələlər barədə məlumatlandırma və izahat işləri aparılacaq" , - deyə, Əziz Qənbərov əlavə edib.

Tanınmış vəkilin pulsuz hüquqi xidmətlərindən bəhərlənmək istəyən fermerlər onları maraqlandıran suallarla bağlı  sizinvekil@gmail.com ünvanına elektron məktub göndərə və ya 077 604 44 44 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.
26.04.2024 16:16:00
Oxuma sayı: 649