Ermənstan televizyası Əskipara kəndindən çəkilən filmi silib
Ölçü:


Qazaxın işğal altındakı Əskipara kəndi ilə bağlı ermənilərin çəkdiyi film bu ölkənin birinci telekanalının saytından silinib.

Koordinat.az
xəbər verir ki, bu barədə televiziya kanalın keçmiş jurnalisti Marianna Paytyan sosial şəbəkə hesabında məlumat yayıb. O, deyib ki,  "Sərhəddə həyat” adlı sənədli film seriyası ümumilikdə saytdan silinib: "Kanalın saytında Voskeparla bağlı bölümü axtarırdım. Məlum oldu ki, sərhəd kəndindəki yaşayış tərzi ilə bağlı çəkdiyimiz bütün seriyalar saytdan silinib. Lakin məndə arxivlərdə qalıb. Bir az da axtardım, gördüm ki, Şuşa şəhərinin işğal ediməsi ilə bağlı film, hətta Xankəndi xəstəxanasından hazırladığımız reportajları da siliblər”.

Xatırladaq ki, Əskipara - Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.

06.05.2024 15:57:00
Oxuma sayı: 491