Azərbaycana qaytarılacaq ərazi ilə bağlı xəritə yayıldı
Ölçü:

Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılıması ilə əlaqədar Ermənistanın Azərbaycana təhvil verəcəyi ərazilərə dair xəritə yayılıb. 

Koordinat.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı xəritəyə əsasən, Qazax-Tavuş istiqamətində sərhədin demarkasiyası nəticəsində ermənilərin yaşadığı Kirants kəndi iki hissəyə bölünəcək. Ermənilər işğal dövründə sərhəd xəttini keçərək, Azərbaycan ərazisində məskunlaşıb. Hazırda aparılan demarkasiya ilə sərhədin qanunsuz pozulması halı aradan qaldırılır.

Ermənistan mediasında Kirants kəndində demarkasiya nəticəsində Azərbaycanın nəzarətinə keçəcək ərazilərlə bağlı xəritəni erməni jurnalist Davit Qalstyan yayıb. O, qeyd edib ki, əldə olunmuş razılığa əsasən, Kirantsda 0,18 kvadratkilometr ərazi Azərbaycana qaytarılacaq.

Xəritədə bənövşəyi rəngdə verilmiş hissənin Azərbaycana qaytarılacaq ərazilər olduğu bildirilir.
02.05.2024 15:10:34
Oxuma sayı: 679