Ərşad Hüseynov: “Böyük Qayıdışın daha uğurlu olması üçün hər kəs əlindən gələni etməlidir”
Ölçü:


"İllərdir, öz yurdumuza qayıtmağı gözləyirdik. Torpaqlarımız azad olunandan sonra, ilk olaraq, Böyük Qayıdış deyə bir ifadə ortaya çıxdı. Mahiyyəti də ondan ibarət idi ki, həmin insanlar həsrətlə gözlədiyi yurdalarına qayıtmaq istəyirdilər. O istəyi reallaşdırmaq üçün çox gözəl imkanlar yaranırdı. Və bu gün həmin imkanlar artıq gerçəkdir".

Koordinat.az xəbər verir ki, bunu tanınmış nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib. Xankəndidə, Şuşada, Laçında, Ağdamda, Zəngilanda müəyyən infrastruktur işlərinin həyata keçirilməsində iştirak edən Ərşad Hüseynov vurğulayıb ki, Böyük Qayıdışın daha uğurlu olması üçün hər kəs əlindən gələni etməlidir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
02.05.2024 11:40:00
Oxuma sayı: 685