Ermənistan dövlət sərhədindən Qazax, Tovuz və Daşkəsənə atəş açdı
Ölçü:


Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Koordinat.az-a verilən məlumata görə noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

02.11.2020 09:56:00
Oxuma sayı: 115