Sarkisyan: “Qarabağ məsələsində güzəşt olmayacaq”
Ölçü:


Ermənistanın keçmiş müdafiə naziri, Respublika Partiyasının sədr müavini Viqen Sarkisyan Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Koordinat.az
xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, Sarkisyan bu məsələdə heç kəsə güzəşt etməyəcəklərini deyib: “Biz konstruktiv müxalifət olaraq dialoqa hazırıq. Amma kompromisə getməyəcəyimiz məsələlər var. İlk növbədə bu Qarabağ münaqişəsidir. Məsələ, xalqın öz müqəddəratını təyin etmək hüququ ilə məhdudlaşmır. Məsələ ölkəimizin milli təhlükəsizliyi üçün də əhəmiyyətlidir”.

 
15.11.2018 11:48:00
Oxuma sayı: 357