Zamirə Hacıyeva Azərbaycan tərəfinin xahişi ilə tutulubmuş - RƏSMİ
Ölçü:


Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda Azərbaycan tərəfinin tələbi əsasında saxlanıldığı barədə xəbərlər rəsmi təsdiqini tapıb. 

Koordinat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Ədalət Məhkəməsinin bu gün keçirilən iclasında qəbul olunan qərarda bildirilir. Qeyd olunur ki, Zamirə Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. Məlumata görə, ona qarşı iki mənimsəmə ittihamı irəli sürülüb.

 Londonda məhkəmənin bu gün çıxartdığı qərarla həbsdə olan keçmiş bankirin xanımı ev dustaqlığına buraxılıb.

08.11.2018 15:18:00
Oxuma sayı: 661