Zəngilanın Cahangirbəyli kəndində 242 ədəd fərdi yaşayış evləri tikiləcək
Ölçü:


Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti  Zəngilan rayonu, Cahangirbəyli kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı açıq tender elan edir.

Koordinat.az xəbər verir ki, elanda Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi  nəzərdə tutulub. Tikiləcək binalarda 242 ədəd 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi planlaşdırılıb. Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir. Tenderdə iştirak etmək istəyənlər müsabiqə şərtlərinə uyğun sənədlərini gələn il fevralın 1-dək komissiyaya təqdim etməlidir.
14.12.2023 15:36:00
Oxuma sayı: 2458