Xankəndidə yaşayan erməni soydaşlarına müraciət etdi
Ölçü:


Qarabağın erməni əsilli sakini Mişa Qurqani Qriqoryan ermənilərə və azərbaycanlılara video müraciət edib.

Koordinat.az
xəbər verir ki, hazırda Xankəndidə məskunlaşan Mişa burada hər şeyin qaydasında olduğunu, rahat və təhlükəsiz şəraitdə yaşadığını deyib: “Burada hər şey qaydasındadır. Hər kəs məni Mişa kimi tanıyır, azərbaycanlılar mənimlə doğma qardaşı kimi davranırlar, yemək-içməyimiz qaydasındadır”.

Mişa Qriqoryan təhlükəsizlikdə olduğunu, mühafizəsiz gəzdiyini vurğulayıb: “Ancaq şəhərdən kənara çıxanda, ya postu keçəndə məni müşayiət edirlər”.

Erməni əsilli Mişa müraciətində həm soydaşlarına, həm də azərbaycanlılara müraciət edərək hər kəsi bir-birləri ilə dost olmağa, bir-birlərini sevməyə çağırıb.
13.12.2023 10:14:00
Oxuma sayı: 2357