11-cilərin buraxılış imtahanı martda olacaq?
Ölçü:


Ötən gün sosial şəbəkələrdə builki buraxılış və qəbul imtahanlarının tarixlərini əks etdirən cədvəl paylaşılıb.

Koordinat.az
-ın məlumatına görə, paylaşılan cədvəldən görünür ki, bu il 11-ci siniflərin buraxılış imtahanları mart ayının 5-6 və 12-13 tarixlərində olacaq. 15 mayda rezidenturaya, 21 mayda III qrup, 22 mayda II qrup üzrə qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək.

Bu qeyri-rəsmi məlumata əsasən, 29 mayda magistraturaya qəbul imtahanının birinci mərhələsi, 4-5 iyunda I və IV qruplar üzrə bakalavriat imtahanlarının birinci cəhdi keçiriləcək.

19 iyunda rezidenturaya qəbul imtahanının ikinci mərhələsi, 6 iyulda III qrup, 7 iyulda II qrup, 20 iyulda I qrup, 21 iyulda IV qrup üzrə qəbul imtahanının ikinci cəhdi keçiriləcək.

Sosial şəbəkələrdə yayılan qeyri-rəsmi tarixlər abituryentlər və müəllimlər arasında çaşqınlığa, təəccübə  səbəb olub. Nəzərə alsaq ki, dərslər iyun ayının 14-də yekunlaşır, onda 11-ci siniflərin buraxılış imtahanının martda keçirilməsi hansı məntiqlə əsaslandırılır?

Yayılan məlumatlarda iddia olunur ki, DİM-in hazırladığı bu cədvəllə bağlı məxfiliyi pozanlar onu sosial şəbəkələrə sızdırmaqla ictimaiyyətin rəyini öyrənməyə çalışıblar.
 
Dövlət İmtahan Mərkəzi isə sosial şəbəkələrdə yayılan məlumatı nə təkzib edir, nə də təsdiq. Bildirilir ki, DİM imtahanların tarixi ilə bağlı yaxın saatlarda rəsmi açıqlama verəcək.

“İmtahanların qrafiki Dövlət İmthan Mərkəzinin saytı vasitəsilə yayımlanır. Yayılan qarfik tarixi qeyri-rəsmidir”,-deyə qurumun mətbuat xidmətindən saytımıza bildirilib.
10.01.2022 09:47:00
Oxuma sayı: 14223