Rusiyada saytlarda qeydiyyat üçün pasport tələb olunacaq
Ölçü:


1 dekabr 2023-cü ildən etibarən Rusiya saytlarında, internet portallarında qeydiyyatdan keçmək üçün istifadəçilər Rusiya telefon nömrəsini, rus e-poçtunu, dövlət xidmətində qeydə alınmış rəsmi məlumatlarını və ya biometrik məlumatlarını təqdim etməlidirlər.

Koordinat.az
bildirir ki, iyulun 26-da Dövlət Duması müvafiq qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Dəyişikliklər istifadəçi qeydiyyatının tələb olunduğu saytlara aiddir.

“Bu o deməkdir ki, qanun qəbul olunduqdan sonra Rusiya yurisdiksiyasından kənarda olan elektron poçt ünvanından istifadə edərək Rusiya saytında qeydiyyatdan keçmək mümkün olmayacaq. Rusiyaya məxsus e-poçt ünvanını qeydiyyatdan keçirərkən ölkəmizə məxsus mobil telefon nömrəsi istifadə olunur. Bu, pasport məlumatları ilə əlaqələndirilir. Saytın sahibi Rusiya qurumu olmalıdır “-deyə Təhlükəsiz İnternet Mərkəzinin koordinatoru Urvan Parfentiev izah edir.

Rusların əksəriyyəti Mail.ru poçt xidmətinə üstünlük verir – 2019-cu ildə UniSender-in araşdırmasına görə, istifadəçilərin 70% ondan istifadə edir. İkinci yerdə Yandex Mail (18%), üçüncü yerdə Gmail (7,7%) qərarlaşıb.

Rambler isə 3% təşkil edir, qalan poçt göndərişləri isə bir faizdən azdır. Rusiya rəsmilərinin bütün e-poçt xidmətləri təhlükəsizlik səbəbindən ötən il  Gmail-dən köçürülüblər.
27.07.2023 11:44:00
Oxuma sayı: 4652