Moskva Bakı və İrəvanı nəzarətdə saxlamaq üçün yeni planlar qurub
Ölçü:


“Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması prosesinə hər cür kömək etmək niyyətindədir”.

Koordinat.az
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla dünən Moskvada keçirilən görüş zamanı deyib: “Bu gün mən sizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin hazırda nə yerdə olduğu barədə fikir mübadiləsi aparmağa dəvət etmək istərdim. Biz ekspert potensialımızdan və burada təmsil olunan dostlarımızla yaxşı münasibətlərimizdən istifadə edərək, onun razılaşdırılmasında hər cür köməklik etməyə hazırıq”.

Lavrov qeyd edib ki, Rusiya Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında bütün üçtərəfli sazişlərə hörmətlə yanaşılması və həyata keçirilməsinin tərəfdarıdır: “Biz bütün bu üçtərəfli sazişlərə bütövlükdə, bütün qarşılıqlı əlaqələri ilə hörmət edilməsinin və tətbiq edilməsinin tərəfdarıyıq. Biz növbəti görüşlərin, o cümlədən bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsi planlarının hazırlanması üzərində gərgin işi davam etdirəcəyik”.

Rusiyanın xarici işlər naziri parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağı təklif edib. Lavrovun sözlərinə görə, Moskva sülh müqaviləsinin imzalanmasının Bakı ilə İrəvan arasında böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacağını gözləyir.

Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva Bakı və İrəvana saziş bağlamağa kömək etməkdə maraqlı olan ölkələrin istəyini alqışlayır. O əlavə edib ki, Azərbaycan və Ermənistan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsi üçün qarşılıqlı əsasda təminat verməyə hazırdır.
26.07.2023 09:58:00
Oxuma sayı: 1870