60 milyon manatdan çox zərər ödətdirilib
Ölçü:


Bu ilin I yarımilində cinayət işləri üzrə 60 milyon 860 min manatın ödətdirilməsi təmin edilib.

Koordinat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunub.

K.Əliyev vurğulayıb ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunub, 4 milyon 368 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.
25.07.2023 11:59:00
Oxuma sayı: 678