Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində audit yoxlaması aparılacaq
Ölçü:

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi audit xidmət ilə bağlı tenderə yekun vurub.

Koordinat.az xəbər verir ki, qalib "HLB Azərbaycan" MMC olub. Qalib şirkətə 9 204 manat ödəniləcək.

Qeyd edək ki, tenderdə "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış 2021 və 2022-ci il üzrə (22.06.2021-dən 31.12.2022-dək-İdarənin yarandığı tarixdən) maliyyə hesabatlarının və İdarənin strukturuna daxil olan qurumun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi xidmətinin satınalınması nəzərdə tutulur.

25.07.2023 10:44:00
Oxuma sayı: 683