Rusiyada cinsiyyətin dəyişdirilməsi qadağan edildi
Ölçü:


Rusiyada cinsiyyətin dəyişdirilməsi qanunla qadağan edildi.

Koordinat.az xəbər verir ki, bununla bağlı müvafiq qanunu Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Qanuna əsasən, cinsiyyətin dəyişdirilməsi yalnız tibbi səbəblərə görə mümkün olacaq. Qalan hər kəs üçün qadağa tətbiq ediləcək.

Cinsini dəyişənlər uşaqları övladlığa götürə və qəyyum ola bilməyəcəklər. Əgər həyat yoldaşlarından biri cinsiyyətini dəyişibsə, bu, boşanma üçün əsas sayılacaq.
25.07.2023 10:14:00
Oxuma sayı: 676