Ağdamda qazbeton blok istehsal ediləcək
Ölçü:

"Eos Qrup” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da Parkın rezidentlərinin sayı 18-yə çatıb.

Koordinat.az
xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

"Şirkət Parkın ərazisində investisiya dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradacaq və 49 nəfəri işlə təmin edəcək" - deyə M.Cabbarov qeyd edib.
24.07.2023 10:54:00
Oxuma sayı: 676