Qarabağı yenidən quran şirkətlər - Rəqabət böyüyür
Ölçü:


İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq və bərpa işlərinin miqyası aydan-aya genişlənir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmi. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri işğaldan azad edilmiş 9 rayonun demək olar ki, hamısını əhatə edir. Zəfər müharibəsindən cəmi 2 il 8 ay keçməsinə baxmayaraq,  işğaldan azad edilmiş rayonların əksəriyyətində elektrik enerjisinin verilişi bərpa olunub, yol təsərrüfatının çox mühüm hissəsi yenidən qurulub, yaşayış üçün lazım olan digər sosial infrastrukturların tikintisi sürətlə davam etditilir. Artıq ümumi sayı 732 nəfər olmaqla 163 məcburi köçkün ailəsinin doğma yurduna qayıdışı da təmin olunub. Zəngilan və Tərtər rayonlarının hərəsində 1 kənd, eləcə də Laçın şəhəri daimi yaşayış ünvanı kimi öz sakinlərinə qucaq açıb.

İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin intensivləşməsi Azərbaycana investisiya axını, böyük turizm potensialına malik Qarabağda yüksək gəlirli xidmət və istehsal müəssisələrinin qurulması,  yeni iş yerlərinin yaradılması baxımından da geniş imkanlar açıb. Bu isə öz növbəsində Qarabağın bərpasında iştirak etmək istəyən yerli və xarci şirkətlərin marağının artmasına səbəb olub. Bu sırada xarici investisiyalı şirkətlərin aktivliyi daha çox hiss olunur. Və bərpa proqramında iştirak etmək niyyətində olan xarici şirkətlər bu istəklərini əksər hallarda özləri birbaşa deyil, təmsil etdikləri dövlətin rəsmi strukurları vasitəsilə Azərbaycan hökumətinə çatdırır.

Bəs, Azərbaycan xalqının 30 ildir həsrətlə gözlədiyi bərpa və quruculuq işləri hansı şirkətlərə həvalə olunub? Yerli şirkətlərin həvəslə çalışmaq istədiyi və böyük maraq göstərdiyi Qarabağın bərpası proqramında iştirak imkanlıarı hansı səviyyədədir?

Bəri başdan deyək ki, bu müqəddəs və taleyüklü proqramın icrasında Azərbaycanın 4 iri dövlət şirkəti - “Azərenerji” ASC, “Azərişıq” ASC, Azərbaycan Avtomobul Yolları Dövlət Agentliyi (AAYDA) və “Azərsu” ASC üstün paya sahibdir. Belə ki, işğaldan azad edilmiş ərazilərin demək olar ki, hamısında elektrik enerjisi infrastrukturunun qurulması, dağ çayları üzərində Su Elelktrik Stansiyalarının qurulması “Azərenerji” və “Azərişıq”a həvalə olunub. AAYDA yolların və tunellərin tikintisi, “Azərsu” ASC isə içməli su təchüzatı ilə bağlı layihələrin icrası ilə məşğuldur.  İşğaldan azad edilmiş ərazilərdə dəmir yollarının bərpası ilə məşğul olan “Azərbaycan Dəmir Yolları” QSC də dövlət şirkəti hesab olunur.

Son bir ildə Qarabağın bərpası proqramında iştirak etmək üçün xarici şirkətlər də Azərbaycan hökuməti ilə intensiv danışıqlar aparır. Hətta bəzi ölkələr həm dövlət, həm də özəl şirkətlər vasitəsilə bu layihələrə qoşulmaq üçün sözün həqiqi mənasında rəqabətə giriblər. Artıq rəsmi səviyyədə belə şirkətlərin rəhbərləri və təmsilçiləri ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Hətta yaşayış məhəllələrinin salınması və infrastrukturların qurulması ilə bağlı bəzi xarici şirkətlərlə əməkdaşlıq müqavilələri də imzalanıb. Buna misal kimi, Türkiyə, Rusiya, Böyük Britaniya, Pakistan, İtaliya, Səudiyyə Ərəbistanı, Niderland, İran və digər ölkələrdən olar şirkətləri göstərmək olar. Bu sırada ilk üç yeri Türkiyə, Macarıstan və İtaliya şirkətləri tutur.

Xatırladaq ki, Qarabağı yenidən quran Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu ölkənin şirkətlərinin Qarabağın bərpasında iştirakı etmək niyyətini hələ yanvar ayında elan etmişdi. Elə həmin ərəfədə Azərbaycanın hökumət nümayəndələri ilə bu məsələləri müzakirə edən macarıstanlı nazir “Exim Bank”ın bərpa proqramında iştirak etmək istəyən şirkətlər üçün 100 milyon dollarlıq kredit ayırdığını söyləmişdi. Martın 10-da Peter Siyarton Azərbaycan Prezidentinin qəbulunda olarkən də əsas müzakirə mövzusu macar şirkətlərinin işğaldan azad olunan ərazilərdə iştirakı məsələsi idi. Nazir Bakıda keçirdiyi digər görüşlərdə Macarıstan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasında, xüsusən də ağıllı şəhər tikintisində iştirak etməkdə maraqlı olduğunu vurğulamışdı.

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma layihələrinin icrasına başlayan şirkətlər arasında Türkiyə və Macarıstan şirkətləri ön sıradadır. Zəfər müharibəsindən cəmi bir neçə ay sonra, 2021-ci ilin əvvəlində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıya səfəri zamanı bu ölkənin şirkətlərinin Qarabağın bərpasında iştirakı etmək niyyətini açıqlamışdı. Elə həmin ərəfədə Azərbaycanın hökumət nümayəndələri ilə bu məsələləri müzakirə edən macarıstanlı nazir “Exim Bank”ın bərpa proqramında iştirak etmək istəyən şirkətlər üçün 100 milyon dollarlıq kredit ayırdığını söyləmişdi. O, prezident İlham Əliyevin qəbulunda olarkən də müzakirə olunan əsas mövzulardan biri macar şirkətlərinin işğaldan azad olunan ərazilərdə iştirakı məsələsi idi.

Türkiyə isə Azərbaycan üçün önəmli infrastruktur layihələriə fəal dəstək verən dost ölkə kimi tarixə yazılıb. 2021-ci ilin noyabrında istifadəyə verilən Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk şirkətləri 3 yerli qurumla - “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı”, “7 nömrəli Magistral Yolların İstismarı” və “Azvirt” MMC ilə birlikdə çalışıb. “Zəfər yolu” adlandırılan 101 kilometrlik yolun çəkilişində Türkiyənin 2 şirkəti – “Kolin İnşaat Sanayi Turizm və Ticaret A.Ş” və “Özgun Yapi Senaye ve Ticaret AŞ” şirkətləri iştirak edib. Zəfər müharibəsindən dərhal sonta (16 noyabr 2020-ci il) təməli qoyulmuş “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Bu yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilib. Magistral boyunca suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsü inşa edilib. Bu yol Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə Füzuli və Şuşa şəhərləri də daxil 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Murovdağ silsiləsinin altından Kəlbəcərə çəkilən yol və tunellərin də tikintisi Türkiyə şirkətləri tərəfindən icra olunur. Belə ki, Ömər aşırımından keçməklə Murovdağın Toğanalı istiqamətindəki “Yol evi”ndən Kəlbəcərə çəkilən və ümumi uzunluğu 11,2 kilometr olan tunelərin də inşası Türkiyə şirkətlərinə həvalə olunub. Artıq Toğana-Kəlbəcər yolunun Ömər aşırımına qədər olan hissəsində torpaq işləri başa çatdırıb və hazırda həmin ərazilərdə mövcud olan 80 kilometrlik yol genişləndirilib. Eyni zamanda Toğanalı kəndi yaxınlığında, Murovun altından keçən əsas tunelə qədər olan hissədə 2 tunelin tikintisi başa çatıb.

Elxan SALAHOV
07.07.2023 16:37:00
Oxuma sayı: 4963