Son 30 ilin ən böyük iqtisadi böhranı
Ölçü:


Qlobal iqtisadiyyatın inkişaf sürəti son 30 ilin ən aşağı səviyyəsinə enəcək.

Koordinat.az
xəbər verir ki, bu barədə Dünya Bankının yeni hesabatında bildirilib.
Hesabatda qeyd edib ki, 2022-ci ildən 2030-cu ilə qədər olan dövrdə qlobal ümumi daxili məhsulun orta artımı ildə təxminən 2,2% təşkil edəcək (2011-2021-ci illərdə 2,6% olub). Artım həm inkişaf etmiş ölkələrdə (1,4%-dən 1,2%-ə enəcək), həm də inkişaf etməkdə olan ölkələrdə (5%-dən 4%-ə) yavaşlayacaq.

Dünya Bankı qlobal artımın zəifləməsinə əsəs səbəb kimi COVID-19 pandemiyasının nəticələrini və Rusiyanın Ukraynadakı müharibəsini göstərir. Hesabatda yavaşlamanın daha da arta biləcəyi istisna edilməyib.

28.03.2023 10:21:00
Oxuma sayı: 5860