Tramp Ukrayna münaqişəsini bir günə həll edərmiş...
Ölçü:


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı rəsmi Vaşinqtonu tənqid edib.

Koordinat.az
xəbər verir ki, Tramp bunu "Truth Social" sosial şəbəkəsində yazıb: "Əgər mən hazırda Amerika prezidenti olsaydım, müharibənin sona çatması üçün razılaşmalara nail olardım və 24 saat ərzində Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə müvəffəq olardım".

Xatırladaq ki, Tramp bundan əvvəl Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan etmişdi ki, Kiyevə milyonlarla dollarlıq yardım göndərilməməli, münaqişəyə sövdələşmə ilə son qoyulmalıdır. O, həmçinin qeyd etmişdi ki, ABŞ-ın hərəkətlərinə görə Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər.
27.01.2023 09:52:00
Oxuma sayı: 987