BBC Rusiyanın yalanını çıxardı - Makeyevka döyüşlərində 89 deyil, 92 əsgər ölüb
Ölçü:

Makeyevka uğrunda gedən döyüşlərdə Rusiya qüvvələri ən azı 92 hərbi qulluqçusunu itirib.

Koordinat.az
xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Telekanal açıq mənbələrdən olan informasiyaları araşdıraraq 92 hərbi qulluqçunun siyahısını dərc edib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi bundan az - 89 hərbçinin öldüyünü açıqlamışdı.

BBC-nin məlumatına görə, 92 nəfərlik siyahının yalnız açıq mənbələrdən əldə olunan məlumatlar əsasında hazırlandığı nəzərə alınsa, itkilər barədə gerçək rəqəmlər bundan çox da ola bilər.

Xatırladaq ki, yanvarın 1-də Ukrayna ordusu “HIMARS” reaktiv yaylım atəşi sistemləri ilə Makeyevka şəhərində Rusiya hərbçilərinin yerləşdiyi əraziyə zərbə endirib. Makeyevka Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan hissəsində yerləşir.
25.01.2023 12:58:00
Oxuma sayı: 1116