Paşinyan Fransadan Belçikaya getdi
Ölçü:

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Belçikaya səfər edib.

Koordinat.az
xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, bu gün Paşinyan görüşlərə başlayacaq. Onun Brüssel gündəminə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Belçikanın baş naziri Aleksandr de Kro ilə danışıqlar daxildir.

Qeyd edək ki, iyunun 1-də Nikol Paşinyan Fransada işgüzar səfərdə olub. O, prezident Emmanuel Makron, Milli Yığıncağın spikeri Rişar Ferran, Senat sədri Jerar Lapşe, eləcə də erməni icmasının nümayəndələri ilə görüşüb.

02.06.2021 09:38:00
Oxuma sayı: 274