Paşinyan Fransaya getdi
Ölçü:


Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Fransaya səfər edib.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, o ötən gecə Parisə gedib. Bu gün Paşinyan ilk olaraq Fransa parlamentində görüşlər keçirəcək və sədr Rişar Ferranla danışıqlar aparacaq.

Günorta saatlarında isə Paşinyan Fransa prezidenti Emmanuel Makronla ikitərəfli görüş keçirəcək. Bundan sonra Senat sədri Jerar Larşe və Fransanın erməni icması ilə görüş keçiriləcək.  

01.06.2021 10:33:00
Oxuma sayı: 308