Rusiya “Koçaryan kartı“nı işə saldı
Ölçü:

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində qatılacaq.

Koordinat.az xəbər verir ki, Koçaryan bu niyyətini bəyan etdikdən sonra Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinin qonağı olub. O, verilişdəki çıxışında Qarabağ məsələsi barədə fikirlər söyləyib.

Bəs, Koçaryanın müsahibədə söylədikləri kimə mesajdır?

Mövzunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, əslində özünü “müstəqil” jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla Robert Koçaryandan müsahibə götürüb: “Kreml bununla Paşinyana və erməni cəmiyətinə mesaj göndərib ki, Koçaryanın ölkəsində aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir. Kreml bilir ki, Koçaryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq, ancaq heç olmasa parlamentdə ana müxalifət statusunu qazanacağına çalışır".

O ki qaldı Koçaryanın Qarabağla bağlı söylədiklərinə, politoloqun fikrincə, Ermənistanın keçmiş lideri reallığı ortaya qoyub: "O deyib ki, Ermənistan inidiki halıyla itirdiyi əraziləri gerı qaytara bilməyəcək. Buna baxmayaraq, Koçaryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımlar üzərində formalaşdıran şəxsdən “Dağlıq Qarabağ Azərbaycana aiddir” açıqlamasını gözləmirdik”.
06.04.2021 14:59:00
Oxuma sayı: 218