4 yaşlı uşaq 91 saat sonra dağıntılar altından xilas edilib
Ölçü:


Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan şəxslərin axtarışları davam edir.

Koordinat.az
xəbər verir ki, binalardan birində 4 yaşlı qız 91 saat davam edən axtarışlardan sonra xilas edilib. Dağıntılar altından çıxarılan qız xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, zəlzələdən ölənlərin sayı 102 nəfərə çatıb, 1 026 nəfər yaralanıb.

03.11.2020 11:45:00
Oxuma sayı: 108