Müdafiə Nazirliyi: "Şuşa və Xocavənddə dinc əhalinin atəşə tutulması yalandır"
Ölçü:


Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Koordinat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Nazirlik bir daha bəyan edir ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.

03.11.2020 09:58:00
Oxuma sayı: 161